Menyu

Dəməşqdəki Belarus səfirliyi fəaliyyətini davam etdirir

Əsəd Abbaslı
Dəməşqdəki Belarus səfirliyi fəaliyyətini davam etdirir
1 dəq oxu

Belarusun Suriyadakı səfirliyi Dəməşqdə fəaliyyətini davam etdirir, diplomatlar mövcud şəraitdə öz işlərini yerinə yetirirlər.

"Operativ Media" xəbər verir ki, bu barədə Belarusun Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anatoli Qlaz məlumat verib.

"Vəziyyət mürəkkəbdir, ona görə də xarici nümayəndəlik belə vəziyyətdə nəzərdə tutulan bütün təhlükəsizlik tədbirlərini həyata keçirib. Bununla yanaşı, biz hakimiyyətə gələn müxalifət nümayəndələrinin Dəməşqdəki diplomatik nümayəndəliklərin təhlükəsizliyinə zəmanət verilməsi ilə bağlı bəyanatını nəzərə almışıq", - o bildirib.

Əlaqəli Xəbərlər