13 Dekabr 2024, 16:11
Azərbaycan-NATO hərbi əməkdaşlığı müzakirə edilib
Dekabrın 13-də müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan NATO Müdafiə Kollecinin komandanı general-leytenant Maks Nielsenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan-NATO hərbi əməkdaşlığı müzakirə edilib şəkil
Azərbaycan-NATO hərbi əməkdaşlığı müzakirə edilib

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, Baş Qərargah rəisi Azərbaycan Ordusunda aparılan uğurlu islahatlar, Ordumuzun Vətən müharibəsində qazandığı qələbə və sonrakı dövrdə keçirilmiş hərbi əməliyyatlarda əldə olunmuş döyüş təcrübəsinin qoşunlarımızın hazırlığında tətbiqindən danışıb.


General-polkovnik K.Vəliyev ölkəmizin NATO ilə müxtəlif proqramlar çərçivəsində həyata keçirdiyi əməkdaşlığı yüksək qiymətləndirərək əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.

Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən general-leytenant M.Nielsen Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. Qonaq NATO ilə tərəfdaşlıq çərçivəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının sülhməramlı missiyalarda və digər tədbirlərdə fəaliyyətini yüksək qiymətləndirib.

Görüşdə NATO ilə hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Son xəbərlər
XİN rəhbərliyi və əməkdaşları 20 Yanvar Şəhidlərinin xatirəsini anıblar
Donald Tramp ABŞ-də fövqəladə vəziyyət elan edə bilər
Azərbaycanlı MMA döyüşçüsü yeni təşkilatla anlaşdı
Qəbələdə dağlıq-meşəlik ərazidə yanğın baş verib
 Türkiyə parlamentinin sədri 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
İqtisadiyyat Nazirliyinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib
İran XİN başçısının ABŞ-yə səfəri təxirə salınıb
Türkiyə MN 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib