13 Dekabr 2024, 17:22
Gürcüstan nümayəndə heyətləri hərbi təhsil müəssisələrində olub
Azərbaycanda səfərdə olan Gürcüstanın Milli Müdafiə Akademiyasının və Gürcüstan Müdafiə Təsisatlarında İslahatlar Məktəbinin “Müdafiə və Təhlükəsizlik Strateji Kursu”nun nümayəndələri xüsusi təyinatlı hərbi təhsil müəssisələrini ziyarət ediblər.
Gürcüstan nümayəndə heyətləri hərbi təhsil müəssisələrində olub şəkil
Gürcüstan nümayəndə heyətləri hərbi təhsil müəssisələrində olub

Bu barədə "Operativ Media"ya Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində qonaqlar Milli Müdafiə Universitetinin (MMU) Hərbi İdarəetmə İnstitutu və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəhbər heyətləri ilə görüşüblər. Gürcüstan nümayəndə heyətlərinə Milli Müdafiə Universitetinin fəaliyyəti, habelə hərbi təhsil sahəsində həyata keçirilmiş islahatlar barədə ətraflı məlumat verilib.

Həmçinin Cənubi Qafqazda regional təhlükəsizlik mühiti mövzusunda maraq doğuran məsələlər üzrə qarşılıqlı fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Naxçıvanda ötən il yol qəzalarında 21 nəfər ölüb
Baydenin Trampa yazdığı məktubun məzmunu açıqlanıb
Türkiyədə yanğının baş verdiyi hotel söküləcək
Elvin Camalov: "İnanıram ki, "Neftçi" daha da yuxarılarda olacaq"
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat endirilib
Qırğızıstanın XİN rəhbəri Ermənistana səfər edəcək
Hakan Fidan ABŞ dövlət katibi ilə telefon danışığı aparıb
Rövşən Nəcəf OMV şirkətinin baş direktoru ilə görüşüb