Menyu

Elm və Təhsil Nazirliyi: Tovuzda orta məktəbdə şagirdlərin tüstüdən zəhərlənməsi ciddi nəzarətdədir

Nərmin Qocamanlı
Elm və Təhsil Nazirliyi: Tovuzda orta məktəbdə şagirdlərin tüstüdən zəhərlənməsi ciddi nəzarətdədir
1 dəq oxu

Elm və Təhsil Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbərliyi xəstəxanada müalicəsi davam etdirilən şagirdlərə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb. Hadisə nəticəsində zərər çəkmiş şəxslərin hər birinin səhhəti diqqət mərkəzində saxlanılır.

"Qeyd edək ki, hadisənin baş vermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır. İctimaiyyətə əlavə məlumat veriləcək. 

Hadisədən zərər çəkmiş şagird və məktəb heyəti üzvlərinə şəfa diləyirik", - məlumatda qeyd olunub.

Fotogalereya

Əlaqəli Xəbərlər