Menyu

WWF rəsmisi: "Ölkədə ayıların sayı qırmızı kitaba salınacaq həddə deyil"

Nərmin Qocamanlı
WWF rəsmisi: "Ölkədə ayıların sayı qırmızı kitaba salınacaq həddə deyil"

"Azərbaycan Beynəlxalq Konvensiyalara üzvdür və bu konvensiyalar ratifikasiya olunur, parlamentdən keçir. Beynəlxalq qanunlar, hətta yerli qanunlardan üstündür".

"Operativ Media" xəbər verir ki, bunu Ümumdünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi facebook səhifəsində yayımlanan "Ekspert saatı"nda "Azərbaycanda ayı, canavar, çaqqal kimi vəhşi heyvanların ovlanması üçün niyə lisenziya verilmir?" sualına cavab olaraq bildirib.

"Məsələn, canavar bizdə ziyanverici növ hesab olunsa da, onların sayı o qədər də çox deyil. Canavarlar bir gündə bir neçə kəndin ərazisindən keçə bilər, buna görə də sanki onların sayı çoxmuş kimi bir illüziya yaranır. Lakin aparılan tədqiqatlar göstərir ki, ölkədə canavarların sayı elə də çox deyil. Canavar Beynəlxalq Konvensiyalar çərçivəsində qorunan bir növdür və biz bu konvensiyaya imza atmışıq. Buna görə də biz onların ovlanmasına icazə verə bilmərik".

"Ayıya gəldikdə isə, ayı əvvəllər bizim Qırmızı Kitabda yer almışdı. 2013-cü ildən 2023-ci ilə qədər bu növ Qırmızı Kitabda mövcud idi. Lakin sonuncu nəşrdə ayı bu kitaba daxil edilməyib, çünki tədqiqatlar göstərib ki, ayının sayı Qırmızı Kitaba daxil ediləcək qədər az deyil. Ancaq, ayı Qırmızı Kitabdan çıxarılsa da, hələ də ov obyekti deyil. O, hələ çəhrayı siyahıdadır və növbəti dövrə qədər onun ovuna icazə verilmir" - o, qeyd edib.

Teqlər:

"WWF r\u0259smisi: \"\u00d6lk\u0259d\u0259 ay\u0131lar\u0131n say\u0131 q\u0131rm\u0131z\u0131 kitaba sal\u0131nacaq h\u0259dd\u0259 deyil\""

Əlaqəli Xəbərlər