Elçin Sultanov: Talış qırqovulu Astara və İran arasındakı sərhəd zonasında çox az miqdarda qalıb
"Operativ Media” xəbər verir ki, bunu Azərbaycan Ornitoloji Cəmiyyətinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Elçin Sultanov deyib.
O bildirib ki, ov qadağası hər il yenidən nəzərdən keçirilə bilər: "Məsələn, qırqovul uzun müddət Qırmızı Kitaba daxil edilməsə də, onun ovuna qadağa qoyulmuşdu. Çünki uzun müddət damazlıq quşların nəzarətsiz ovlanması onların populyasiyasını məhv etmişdi.Sonradan yerli sakinlər qırqovulun tamamilə yoxa çıxdığını bildirirdilər. Göyçay və Bərdədə qırqovullar tamamilə tükənmişdi. Yerli əhali deyirdi ki, ümumiyyətlə, qırqovul görünmür. Buna görə də bu quşun ovlanması qadağan edilmişdi.
Hazırda yalnız Talış qırqovulu Qırmızı Kitaba salınıb. Amma təəssüf ki, bu növ artıq demək olar ki, heç yerdə tapılmır. Hal-hazırda bu quşlar yalnız Astara və İran arasındakı sərhəd zonasında çox az miqdarda qalıb. Halbuki bir zamanlar Talış bölgəsinin dağlarında geniş yayılmışdı".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net