Menyu

Son üç ildə 46 minə yaxın tələbəyə təhsil krediti verilib

Nərmin Qocamanlı
Son üç ildə 46 minə yaxın tələbəyə təhsil krediti verilib

Təhsil Tələbə Krediti Fondunun elektron portalına son üç ildə 58 mindən çox müraciət daxil olub.

"Operativ Media" xəbər verir ki, bunu Fondun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov təşkilatın 3 illik fəaliyyətinə dair keçirilən brifinqdə deyib.

O qeyd edib ki, müraciətlər əsasında 46 minə yaxın tələbənin təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilib:

"Onların 15 min 813-ü sosial təhsil tələbə krediti (TTK), 29 min 613-ü isə standart TTK-i olub. Bu məqsədlə 41 milyon manata yaxın vəsait təhsil müəssisələrinin hesablarına köçürülüb".

Teqlər:

"Son \u00fc\u00e7 ild\u0259 46 min\u0259 yax\u0131n t\u0259l\u0259b\u0259y\u0259 t\u0259hsil krediti verilib"

Əlaqəli Xəbərlər