Menyu

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Nərmin Qocamanlı
Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

Bakı-Qazax avtomobil yolunda hərəkətdə olan “KİA” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini Nail Həşimov Baş Dövlət Yol Polisi İdarəsinin VIII taqımının əməkdaşları tərəfindən stasionar posta saxlanılıb.

Daxili İşlər Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, sənədlərin yoxlanılması zamanı sürücünün narkotik vasitənin təsiri altında olmasına əsaslı şübhələr yarandığından onun tibbi müayinədən keçməsi təmin edilib və fakt təsdiqini tapıb.

Bununla yanaşı, üzərində narkotik vasitə aşkar olunduğu üçün N.Həşimov barəsində qanunamüvafiq tədbirlər görülməklə ərazi polis orqanına təhvil verilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər