20 Dekabr 2024, 12:10
Müdafiə naziri Türkiyə nümayəndə heyətini qəbul edib
Dekabrın 20-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan general-leytenant Tuncay Altuğun rəhbərlik etdiyi Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının nümayəndə heyətini qəbul edib.
Müdafiə naziri Türkiyə nümayəndə heyətini qəbul edib şəkil
Müdafiə naziri Türkiyə nümayəndə heyətini qəbul edib

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, görüşdə general-polkovnik Z.Həsənov qonaqları salamlayıb və onları Azərbaycanda görməkdən məmnun olduğunu bildirib.

Azərbaycan və Türkiyənin qədim dövrlərə əsaslanan birgə hərb tarixinin inkişaf mərhələlərindən danışan müdafiə naziri hər iki qardaş ölkənin dövlət başçılarının şəxsi dostluq münasibətləri sayəsində hərbi əməkdaşlığımızın müasir dövrdə daha da inkişaf etdirilərək strateji müttəfiqlik səviyyəsinə çatdığını vurğulayıb.


Göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlıq bildirən general-leytenant T.Altuğ səfər çərçivəsində keçirdiyi görüşlərlə bağlı xoş təəssüratlarını müdafiə nazirinə çatdırıb.

Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi məqsədilə qarşılıqlı təcrübə mübadiləsinin, birgə təlimlərin və ikitərəfli səfərlərin əhəmiyyəti vurğulanıb.

Görüşün sonunda regional təhlükəsizlik,  hərbi əlaqələrin cari vəziyyəti və maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Naxçıvanda ötən il yol qəzalarında 21 nəfər ölüb
Baydenin Trampa yazdığı məktubun məzmunu açıqlanıb
Türkiyədə yanğının baş verdiyi hotel söküləcək
Elvin Camalov: "İnanıram ki, "Neftçi" daha da yuxarılarda olacaq"
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi 20 km/saat endirilib
Qırğızıstanın XİN rəhbəri Ermənistana səfər edəcək
Hakan Fidan ABŞ dövlət katibi ilə telefon danışığı aparıb
Rövşən Nəcəf OMV şirkətinin baş direktoru ilə görüşüb