Menyu

Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub, dağıntı və ya xəsarət yoxdur

Azərbaycan-Ermənistan sərhədində zəlzələ olub, dağıntı və ya xəsarət yoxdur
1 dəq oxu

Nazirlikdən "Operativ Media"ya bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 21.12.2024-cü il tarixində yerli vaxtla saat 03:01-dən etibarən Azərbaycan-Ermənistan sərhədində ard-arda 4.8, 3 və 3.8 maqnituda zəlzələlər qeydə alınıb.

"Zəlzələlər nəticəsində ölkə ərazisində hər hansı dağıntı və ya insan xəsarəti barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb".

Əlaqəli Xəbərlər