Menyu

Ağstafada minik maşını aşıb, sürücü xəsarət alıb

Əsəd Abbaslı
Ağstafada minik maşını aşıb, sürücü xəsarət alıb
1 dəq oxu

"Operativ Media" xəbər verir ki, hadisə bu gün səhər saat 07 radələrində Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində baş verib.

Belə ki, Qazax rayon sakini 70 yaşlı Rahil Mehrəliyev idarə etdiyi avtomobil ilə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər