Menyu

Oğuzda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Əsəd Abbaslı
Oğuzda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

"Operativ Media" xəbər verir ki, hadisə rayonun Bayan kəndi ərazisində baş verib.

Oğuz rayon sakini 18 yaşlı Kənan Ellazovun idarə etdiyi “BMW” markalı minik avtomobili idarə etmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində sürücü Kənan Ellazov və avtomobildə olan sərnişin 37 yaşlı Oğuz rayon sakini Qafqaz Əsgərov xəsarət alıblar.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər. K. Ellazov və Q. Əsgərova Oğuz RMX-da ilkin yardım göstərildikdən sonra müayinə və müalicələrini davam etdirmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) göndəriliblər.

Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər