Menyu

Pirotexniki vasitələrin satışına görə 11 nəfər saxlanılıb

Pirotexniki vasitələrin satışına görə 11 nəfər saxlanılıb

"Operativ Media" xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Xəbərə görə, polis əməkdaşları tərəfindən Bakıda və bölgələrdə partlayıcı, tezalışan maddələrin, pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilib.

Paytaxtın Suraxanı, Sabunçu, Xətai, həmçinin Saatlı, Samux, Şabran və Qəbələ rayonlarında keçirilən tədbirlərlə yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin gizli şəkildə satışını təşkil edən 11 nəfər müəyyən olunaraq saxlanılıb. Onlara məxsus obyektlərə baxış keçirilərkən müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb.

Faktlar üzrə həmin şəxslər barəsində toplanan materiallar hüquqi qiymət verilməsi üçün məhkəmələrə göndərilib.

 

Teqlər:

"Pirotexniki vasit\u0259l\u0259rin sat\u0131\u015f\u0131na g\u00f6r\u0259 11 n\u0259f\u0259r saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər