Menyu

DİN kiberdələduzluqla bağlı xəbərdarlıq edib

Əsəd Abbaslı
DİN kiberdələduzluqla bağlı xəbərdarlıq edib

"Operativ Media" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin rəis müavini, polis kapitanı Zeyni Hüseynov paylaşım edib.

"Həmin kiberdələduzlar “pullazım” adlı, ilkin baxışda cəlbedici görünən bir tətbiq yaradıblar. Tətbiqə daxil olduqda məbləğ yazılır, daha sonra həmin məbləğ ödəməli olunan aylara bölünür. Sonda guya əldə edilən “kredit”in köçürülməsi üçün kart məlumatları tələb olunur. Qeyd olunan məlumatları əlavə etdikdən sonra isə kiberdələduzun qurbanına çevirilirsiniz, kartınızda olan bütün vəsait mənimsənilir. Bilməlisiniz ki, sosial mühəndislər sizin fərdi məlumatlarınızı öyrənmək üçün istənilən inandırıcı sözləri deyə bilərlər. Ona görə, zahirən cəlbedici görünən təkliflərə inanmamalı, etibar etməməli, araşdırmalısınız!", - paylaşımda qeyd edilib.

Teqlər:

"D\u0130N kiberd\u0259l\u0259duzluqla ba\u011fl\u0131 x\u0259b\u0259rdarl\u0131q edib"

Fotogalereya

Əlaqəli Xəbərlər