Menyu

“TikTok”da əyləncə yarışları təşkil edən şəxslər saxlanılıb

Əsəd Abbaslı
“TikTok”da əyləncə yarışları təşkil edən şəxslər saxlanılıb

"Operativ Media" xəbər verir ki, “TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Vətəndaşların narazılığına səbəb olan emin_resad” və “azerzahid6669966” adlı istifadəçilər tərəfindən TikTokerlərin iştirakı ilə təşkil olunan yarışmalarda baş verənlər canlı yayımlanıb.

Cəmiyyətdə birmənalı qarşılanmayan bu hərəkətlərlə bağlı aparılan araşdırmalar çərçivəsində “emin_resad” adlı “TikTok” səhifəsinin idarəçiləri — Abdullayev Emin və Rəşad qardaşları, “azerzahid6669966” adlı səhifənin idarəçisi Azər İsmayılov və digərləri polis əməkdaşları tərəfindən saxlanılıblar.

Məlumatı DİN-in Mətbuat Xidmətindən təsdiqləyiblər. Bildirilib ki, hazırda bu istiqamətdə araşdırmalar davam etdirilir.

Teqlər:

"\u201cTikTok\u201dda \u0259yl\u0259nc\u0259 yar\u0131\u015flar\u0131 t\u0259\u015fkil ed\u0259n \u015f\u0259xsl\u0259r saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər