Menyu

Qarabağ Regional Təhsil İdarəsi intihar xəbəri yayılan əməkdaşın ölümü barədə məlumat yayıb

Nərmin Qocamanlı
Qarabağ Regional Təhsil İdarəsi intihar xəbəri yayılan əməkdaşın ölümü barədə məlumat yayıb
1 dəq oxu

Qarabağ Regional Təhsil İdarəsindən "Operativ Media"ya verilən məlumata görə, Nəcəf Həsənov dekabrın 23-də yaşadığı evdə dünyasını dəyişib.

Qeyd edilib ki, hazırda hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

“Tibbi-ekspertiza yekunlaşdıqdan sonra hadisənin baş vermə səbəbi ilə bağlı əlavə məlumat veriləcək. İlkin ehtimala görə, Nəcəf Həsənov beyninə qan sızması səbəbindən dünyasını dəyişib”, - məlumatda vurğulanıb.

Əlaqəli Xəbərlər