Menyu

Ağdaşda narkotiklərin dövriyyəsi ilə məşğul olan 4 nəfər saxlanılıb

Nərmin Qocamanlı
Ağdaşda narkotiklərin dövriyyəsi ilə məşğul olan 4 nəfər saxlanılıb
1 dəq oxu

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, tədbirlərlə rayon sakinləri – Elnur Əhmədzadə, Elvin İsmayılov, İlqar Ələkbərov və Elman Kərimov saxlanılıblar.

Onların yaşadıqları ünvanlardan və idarə etdikləri avtomobillərdən ümumilikdə 2 kiloqram marixuana aşkar olunub. 

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər