Menyu

Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlanılıb

Nərmin Qocamanlı
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlanılıb
1 dəq oxu

DİN-in Mətbuat Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, Beyləqan, Ucar, Ağcabədi, Hacıqabul, Masallı, Salyan və Şamaxı rayonlarında keçirilən növbəti tədbirlərlə partlayıcı maddələrin gizli şəkildə satışını təşkil edən 7 nəfər müəyyən olunaraq saxlanılıb. Onlara məxsus mağazalardan müxtəlif təyinatlı pirotexniki vasitələr aşkarlanıb. 

Faktlar üzrə həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün məhkəmələrə göndərilib.

Əlaqəli Xəbərlər