Menyu

Azərbaycan Dünya Bankı ilə “Logistik performans” indeksinin fərqli hesablanmasını müzakirə edir

Nərmin Qocamanlı
Azərbaycan Dünya Bankı ilə “Logistik performans” indeksinin fərqli hesablanmasını müzakirə edir

"Operativ Media" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın tərəfindən rəhbərliyi həyata keçirilən Fiziki infrastruktur üzrə İşçi qrupunun növbəti iclasında deyilib.

Bildirilib ki, yeni metodologiyaya uyğun olaraq “sorğu əsaslı yanaşmadan Big Data əsaslı yanaşmaya keçid”in qəbul edilib. İstifadə olunan böyük məlumat mənbələri olaraq Ümumdünya Poçt İttifaqı, “Cargo” İQ, “TradeLens”, “MDS Transmodal” və “MarineTraffic” kimi məlumat bazalarından istifadə ediləcək.

Sonra “Qlobal İnnovasiyalar İndeksi” hesabatında “Elektrik enerjisi istehsalı” indikatorunun 2022 və 2023-cü illər üzrə göstəricilərinin təhlil edildiyi və 2024-cü il üzrə proqnoz göstəricilərin Komissiyanın Katibliyinə təqdim edildiyi bildirilib.

İclasda həmçinin növbəti ildə görüləcək işlər və işçi qrupunun 2025-ci il üçün Fəaliyyət Planının layihəsi müzakirə edilib.

Teqlər:

"Az\u0259rbaycan D\u00fcnya Bank\u0131 il\u0259 \u201cLogistik performans\u201d indeksinin f\u0259rqli hesablanmas\u0131n\u0131 m\u00fczakir\u0259 edir"

Əlaqəli Xəbərlər