Sahibə Qafarova təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib
Nərmin Qocamanlı
Milli Məclisin sədri Sahibə Qafarova Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında həlak olanların ailələrinə başsağlığı verib. Azərbaycan parlamentinin spikeri bununla bağlı sosial şəbəkə hesablarında paylaşım edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Media"ya verilən məlumata görə, paylaşımda deyilir: "Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində insanların həlak olması xəbəri hər birimizi sarsıtdı. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net