Menyu

Cümə gününün havası açıqlanıb

Nərmin Qocamanlı
Cümə gününün havası açıqlanıb

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gecə yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında, axşam isə əksər rayonlarda arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2°-7° isti, gündüz 8-12° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacaq.

Teqlər:

"C\u00fcm\u0259 g\u00fcn\u00fcn\u00fcn havas\u0131 a\u00e7\u0131qlan\u0131b"

Əlaqəli Xəbərlər