27 Dekabr 2024, 13:34
Tank bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib - VİDEO
Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun tank bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib.
Tank bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib - VİDEO şəkil
Tank bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib - VİDEO

Plana uyğun olaraq, həyəcan siqnalı ilə qaldırılan bölmələr daimi dislokasiya məntəqəsindən cəmləşmə rayonlarına çıxarılıb.

Təlimin növbəti mərhələsində ərazidə komanda məntəqələrində qərargahın qərar qəbuletmə prosesi həyata keçirilib, təlim-döyüş tapşırığına uyğun komandir heyətinin məruzələri dinlənilib.

Yekunda tank bölmələri ilə döyüş atışlı təlimin ssenarisinə əsasən, düşmənə yaxınlaşma, şərti düşmən hədəflərinin hərəkətdə və yerindən məhv edilməsi üzrə tapşırıqlar icra olunub.


Təlimin keçirilməsində əsas diqqət tank bölmələrinin döyüş qabiliyyətinin yüksəldilməsi, hərbi qulluqçuların peşəkarlığının artırılması, döyüşdə tank bölmələrinin şəxsi heyətlə uzlaşmış fəaliyyətinin təmin edilməsinə yönəldilib.

Son xəbərlər
Azərbaycan Ordusunda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbirlər keçirilib
MEDİA-nın kollektivi Şəhidlər Xiyabanını ziyarət edib
ADY kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycan Prezidenti 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
20 Yanvar 2025, 16:14
Səbinə Əliyeva və Aparatın kollektivi Şəhidlər xiyabanını ziyarət edib
"Real Betis" "Mançester Yunayted"in braziliyalısı ilə anlaşdı
İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxılıb
Qvardiola Vengerin uğurunu təkrarladı