27 Dekabr 2024, 16:38
"Korrupsiyaya qarşı mübarizə" seminarı keçirilib
Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Hərbi Kollecinin lektoriya zalında "Korrupsiyaya qarşı mübarizə" mövzusunda seminar təşkil olunub.
"Korrupsiyaya qarşı mübarizə" seminarı keçirilib şəkil
"Korrupsiyaya qarşı mübarizə" seminarı keçirilib

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, seminarda Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun nümayəndələri iştirak edib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların, eləcə də 25 dekabr 2024-cü il tarixdə aviaqəzada həlak olanların xatirələri bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə Azərbaycan Ordusunda korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə həyata keçirilən tədbirlər, mövcud problemlər və onların həlli yolları müzakirə edilib. Bildirilib ki, bu cür seminarın keçirilməsi korrupsiyaya qarşı mübarizə tədbirlərinin səmərəliliyinin artırılmasında vacib bir addımdır.
Sonda seminar iştirakçılarını maraqlandıran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Son xəbərlər
Fərid Səfərli Azərbaycana qaytarılıb - RƏSMİ
Narkotikin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs edilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Ararat Mirzoyan Moskvaya səfər edəcək
Azərbaycan Ordusunda 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbirlər keçirilib
MEDİA-nın kollektivi Şəhidlər Xiyabanını ziyarət edib
ADY kollektivi Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycan Prezidenti 20 Yanvar faciəsi ilə bağlı paylaşım edib
20 Yanvar 2025, 16:14