Azərbaycanda elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik olunub
Əsəd Abbaslı
"Operativ Media" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Dəyişikliyə əsasən, 200 kVt-dan yuxarı elektrik qurğularına münasibətdə sifarişçi öz elektrik qurğularına baxış keçirmək və istismara buraxılış aktı almaq üçün həmin qurğuları və müvafiq sənədləri Enerji Məsələlərini Tənzimləmə Agentliyinə təqdim etməlidir.
Həmçinin bundan sonra 150 kVt-dan deyil, 200 kVt-dan yuxarı elektrik qurğularının istismara buraxılış aktının verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net