Menyu

Ramil Həsən AK Parti sədrinin birinci müavini ilə görüşüb

Operativ Media
Ramil Həsən AK Parti sədrinin birinci müavini ilə görüşüb
1 dəq oxu

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Türkiyəyə rəsmi səfəri çərçivəsində ölkənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədrinin birinci müavini Efkan Ala ilə görüşüb.

Bu barədə Operativ Media-ya Milli Məclisdən məlumat verilib.

Görüşdə, həmçinin AK Partinin xarici əlaqələr üzrə sədr müavini Zafer Sırakaya iştirak edib.

Görüş zamanı TÜRKPA-nın Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilmiş 15-ci plenar iclası və Assambleya Şurasının iclası çərçivəsində qəbul edilmiş qərarlar, eləcə də qardaş ölkələr arasında münasibətlərin yüksək səviyyədə davam etdirilməsinin vacibliyi vurğulanıb.

Həmçinin Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə daha da inkişaf etdirilməsinin və möhkəmləndirilməsinin əhəmiyyəti qeyd olunub. Azərbaycan və Türkiyənin müstəqil daxili və xarici siyasət yürüdən qüdrətli dövlətlər kimi beynəlxalq arenada öz mövqelərini möhkəmləndirməsinin və Türk dünyasının birliyinə töhfə verməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Öz növbəsində, TÜRKPA-nın Baş katibi Ramil Həsən səmimi qəbula görə Efkan Alaya və Zafer Sırakayaya təşəkkürünü bildirib. O, müstəqil və qüdrətli türk dövlətlərinin beynəlxalq müstəvidə mövcudluğunun və həmrəyliyinin Türk dünyasının vahid və güclü birlik kimi çıxış etməsinə mühüm töhfə verdiyini qeyd edib.

Baş katib, xüsusilə, Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətlərinin daha da inkişaf etdirilməsinin, müstəqil siyasi xəttin davam etdirilməsinin və ortaq maraqların uzlaşdırılmasının hər iki dövlətin beynəlxalq arenada mövqelərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, həmçinin Azərbaycan və Türkiyənin digər qardaş Türk dövlətləri üçün ilham mənbəyi və aparıcı qüvvə rolunu oynadığını xüsusi qeyd edib.

Əlaqəli Xəbərlər