Menyu

AZAL: Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan bir sıra reyslər gecikir

Əziz Əzizli
AZAL: Bakı-Naxçıvan marşrutu üzrə planlaşdırılan bir sıra reyslər gecikir
1 dəq oxu

"Operativ Media" bu barədə AZAL-a istinadən xəbər verir.

Gecikən reyslərin sərnişinlərinə aviaşirkətin çağrı mərkəzi məlumat verir.

Sözügedən reyslər Naxçıvan aeroportu ərazisində hava şəraiti yaxşılaşdıqdan dərhal sonra həyata keçiriləcək.

Aviaşirkətin qaydalarına əsasən, zərurət yarandığı təqdirdə hava limanında uçuşunu gözləyən gecikmiş reyslərin sərnişinləri lazımi vasitələrlə təmin olunacaqlar.

Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.

Əlaqəli Xəbərlər