Finlandiyanın dövlət başçısı Prezident İlham Əliyevə başsağlığı verib
Əziz Əzizli
"Operativ Media" Azərbaycan Prezidentinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, məktubda deyilir:
"Dekabrın 25-də "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması barədə dəhşətli xəbərdən dərindən kədərləndim. Finlandiya xalqı adından və şəxsən öz adımdan sizə, həlak olanların ailələrinə və yaxınlarına, eləcə də Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm".
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net