Menyu

Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb

Əziz Əzizli
Bakıda hazırda sıxlıq müşahidə olunan yollar açıqlanıb
1 dəq oxu

"Operativ Media" xəbər verir ki, bu haqda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət: 

 1. Bakı-Sumqayıt şosesi, "Xırdalan" dairəsi istiqamətində;

 2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

 3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;

 4. Niyazi küçəsi, "Azneft" dairəsi istiqamətində;

 5. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;

 6. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

 7. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

 8. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

 9. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

 10. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən Əliyev küçəsi istiqamətində;

 11. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

 12. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;

 13. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;

 14. Zərifə Əliyeva küçəsində;

 15. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

 16. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

 17. Şəmsi Bədəlbəyli küçəsi, "Qış parkı"nın qarşısından Mərkəzi Bank istiqamətində;

 18. Bülbül prospekti, "Sahil" metro stansiyasının qarşısında sıxlıq müşahidə olunur.

Əlaqəli Xəbərlər