Menyu

Təyyarə qəzası zamanı xəsarət alan Azərbaycanın üç vətəndaşı Aktaudan Vətənə gətiriləcək

Əziz Əzizli
Təyyarə qəzası zamanı xəsarət alan Azərbaycanın üç vətəndaşı Aktaudan Vətənə gətiriləcək
1 dəq oxu

"Operativ Media"nın məlumatına görə, bu barədə Qazaxıstan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, onlar Aktaudan Azərbaycana yola salınacaq. Lakin dəqiq tarix açıqlanmayıb.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti, dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.

Əlaqəli Xəbərlər