Menyu

Təyyarə qəzasında xəsarət alan 3 yaralı Bakıda xəstəxanaya yerləşdirilib

Əziz Əzizli
Təyyarə qəzasında xəsarət alan 3 yaralı Bakıda xəstəxanaya yerləşdirilib
1 dəq oxu

"Operativ Media" xəbər verir ki, bunları Azərbaycanın səhiyyə naziri Teymur Musayev “Yeni Klinika”ya yerləşdirilən yaralıların son vəziyyəti barədə danışarkən deyib.

Nazir bildirib ki, xəsarət alanlar reanimasiya şöbəsindədir: "Vəziyyətləri orta sabitdir".

T. Musayevin sözlərinə görə, xəsarət alanlardan doqquzu artıq evə buraxılıb.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.

Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti, dekabrın 29-da isə 3-ü ekipaj üzvü olmaqla 24 nəfərin nəşi ölkəyə gətirilib.

Əlaqəli Xəbərlər