03 Yanvar 2025, 22:56
ADY Bakı–Balakən–Bakı marşrutu üzrə sərnişindaşımanı bərpa edir
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 3 yanvar 2025-ci il tarixindən etibarən Bakı–Balakən–Bakı marşrutu üzrə sərnişindaşımanı bərpa edir.
ADY Bakı–Balakən–Bakı marşrutu üzrə sərnişindaşımanı bərpa edir şəkil
ADY Bakı–Balakən–Bakı marşrutu üzrə sərnişindaşımanı bərpa edir

"Operativ Media" xəbər verir ki, hərəkət cədvəlinə əsasən, yataq tipli qatarlar hər gün Bakıdan saat 23:50-də yola düşəcək və Balakənə səhər saat 08:10-çatacaq. Balakəndən saat 22:10-da yola düşən qatar isə səhər saat 06:50-də Bakı Dəmiryol Vağzalında olacaq. Pandemiyadan öncə qatar Bakıdan Balakənə təqribən 10 saata çatırdı.

Sərnişinlərə standart, standart+ və biznes sinifləri üzrə səyahət imkanları təklif olunur.

Bakıdan Yevlax stansiyasına minimum qiymətlər standart sinif üzrə 13,1 AZN, standart+ sinif üzrə 17,6 AZN, biznes sinif üzrə 54,6 AZN, Bakıdan Şəki və Qax stansiyalarına, Göynük dayanacağına minimum qiymətlər standart sinif üzrə 14,8 AZN, standart+ sinif üzrə 23,9 AZN, biznes sinif üzrə 63,3 AZN, Bakıdan Zaqatala stansiyası və Qorağan, Göyəm, Əliabad dayanacaqlarına minimum qiymətlər isə standart sinif üzrə 16,4 AZN, standart+ sinif üzrə 23,9 AZN, biznes sinif üzrə 67,7 AZN-dir. Bakı–Balakən–Bakı istiqaməti üzrə qiymətlər standart sinif üzrə 18 AZN, standart+ üzrə 27 AZN, biznes sinif üzrə 72 AZN-dən başlayır.

Sərnişinlər marşrut üzrə Bakı, Biləcəri, Yevlax, Şəki, Qax, Zaqatala, Balakən stansiyaları və Göyəm, Göynük, Qorağan, Əliabad dayanacaqlarından istifadə edə bilərlər. Sərnişinlər həmçinin səfər zamanı qatarda pulsuz “Wi-Fi” xidmətindən yararlana bilərlər.

Qatarın ümumi sərnişin tutumu bir istiqamətə 189 nəfərdir.

Bütün stansiyalarda (Şəki, Qax, Zaqatala, Balakən) təmir və abadlıq işləri görülüb. Stansiyaların ərazilərində avtomobillərin parklanması üçün şərait yaradılıb.

Son xəbərlər
KİV: ABŞ 24-48 saat ərzində İranla hərbi əməliyyata girə bilər
İsrail ölkənin şimalında iki pilotsuz təyyarənin tutulduğunu bildirib
İsrail-İran münaqişəsi - SON XƏBƏRLƏR
Ağdamın Kəngərli kəndinə daha 40 ailə köçürülüb
"Bavariya" Fermin Lopezlə maraqlanır
İsrailin Qəzzaya endirdiyi hava zərbələri nəticəsində azı 16 nəfər ölüb
KİV: Çin İrana nəqliyyat təyyarələri göndərir
G7 liderləri Yaxın Şərq münaqişəsinin siyasi həllini müzakirə ediblər