Menyu

Goranboyda narkokuryer qadın saxlanılıb

Əsəd Abbaslı
Goranboyda narkokuryer qadın saxlanılıb

"Operativ Media" xəbər verir ki, Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən 48 yaşlı İ.Hüseynzadə saxlanılıb

DİN Mətbuat Xidməti Gəncə regional qrupundan bildirilib ki, ondan yeddi kiloqramdan artıq marixuana və tiryək aşkar edilib.

Saxlanılan şəxs qazanc əldə etmək üçün narkokuryerlik etdiyini bildirib.

Faktla bağlı Goranboy RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər