Menyu

Azərbaycanla Türkiyə, İtaliya və Macarıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Nərmin Qocamanlı
Azərbaycanla Türkiyə, İtaliya və Macarıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

NATO-nun Hərbi Komitəsinin Baş Qərargah rəisləri formatında keçirilən Alyansın üzv və tərəfdaş ölkələri ordularının baş qərargah rəislərinin iclasında iştirak etmək üçün Brüssel şəhərində səfərdə olan Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bir sıra görüşlər keçirib.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak, İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Lusiano Portolano və Macarıstan Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Qabor Böröndi ilə keçirilən görüşlər zamanı ölkələrimiz arasında hərbi əməkdaşlığın carı vəziyyəti və inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.

Görüşlərdə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə də iştirak edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər