Menyu

Türkiyə MN: “Tək ürək, tək bilək, tək yumruq” olaraq Azərbaycanla birgə işləməyə davam edəcəyik

Əziz Əzizli
Türkiyə MN: “Tək ürək, tək bilək, tək yumruq” olaraq Azərbaycanla birgə işləməyə davam edəcəyik

“Bir millət, iki dövlət” şüarı və “tək ürək, tək bilək, tək yumruq” olaraq Azərbaycanla birgə işləməyə davam edəcəyik.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin “X” hesabında paylaşıb edilib.

Qeyd olunub ki, Türkiyənin Qars şəhərində keçiriləcək “Qış təlimi - 2025” birgə təlimində iştirak etmək məqsədilə Azərbaycan hərbçiləri Türkiyəyə gediblər.

Onları Həsrət körpüsündə Türkiyənin 5-ci Sərhəd Briqadası Komandanlığı qarşılayıb.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi daha əvvəl Azərbaycan ilə Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə uyğun olaraq, Türkiyənin Qars şəhərində keçiriləcək “Qış təlimi - 2025” birgə təliminə hazırlıq məqsədilə Azərbaycan-Türkiyə dövlət bayraqlarının dəyişmə mərasiminin baş tutduğu barədə məlumat yaymışdı.

Teqlər:

"T\u00fcrkiy\u0259 MN: \u201cT\u0259k \u00fcr\u0259k t\u0259k bil\u0259k t\u0259k yumruq\u201d olaraq Az\u0259rbaycanla birg\u0259 i\u015fl\u0259m\u0259y\u0259 davam ed\u0259c\u0259yik"

Əlaqəli Xəbərlər