Əfqanıstanda donaraq ölənlərin sayı 170-i keçib
Nərmin Qocamanlı
Əfqanıstanda təxminən 3 həftədir davam edən əlverişsiz hava şəraiti səbəbindən donaraq ölənlərin sayı 170-i keçib.
"Operativ Media" xəbər verir ki, havanın temperaturu gecə saatlarında paytaxt Kabildə -10 dərəcəyə, bəzi bölgələrdə isə -30 dərəcəyə qədər enib.
Taliban müvəqqəti hökumətinin Təbii Fəlakətlər üzrə Dövlət Nazirliyinin sözçüsü Şəfiullah Rəhimi mövzu ilə bağlı açıqlama verib.
Ölkə daxilində ən az 170 nəfərin donaraq həyatını itirdiyini bildirən Rəhimi, ən çox itkilərin Qor, Bədəhşan, Bamyan, Paktika və Paktiya əyalətlərində olduğunu qeyd edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net