Netanyahu minlərlə israillini silahlandırmağa hazırlaşır

Nərmin Qocamanlı
Netanyahu minlərlə israillini silahlandırmağa hazırlaşır

İsrailin baş naziri Benyamin Netanyahu işğal altındakı Şərqi Qüdsdə 7 israillinin həyatını itirdiyi hücumdan sonra Nazirlər Kabinetinin ilk iclasında minlərlə israillinin silahlandırılmasını asanlaşdırmaq üçün bəzi addımlar atacaqlarını bildirib.

"Operativ Media" xəbər verir ki, İsrail hökumətinin mətbuat xidmətinin yaydığı məlumata görə, Netanyahu işğal altındakı Şərqi Qüdsdəki qeyri-qanuni yəhudi qəsəbəsində 7 israillinin həyatını itirdiyi hücumdan sonra hökumətin atacağı addımlar barədə məlumat verib.

Təhlükəsizlik Kabinetinin dünənki iclasında təhlükəsizlik qüvvələrinin gücləndirilməsi və təcavüzkarlara və onların tərəfdarlarına qarşı ağır sanksiyaların tətbiqinə dair qərarın təsdiqləndiyini qeyd edən Netanyahu, “Minlərlə İsrail vətəndaşına, o cümlədən fövqəladə xidmət göstərənlərə silah lisenziyası verilməsini təmin edəcəyik. biz bu prosesi sürətləndirəcəyik”, - deyə bildirib.

Digər xəbərlər