Çində Bahar Bayramı tətilində Covid-19-dan ölüm halları azalıb

Nərmin Qocamanlı
Çində Bahar Bayramı tətilində Covid-19-dan ölüm halları azalıb

Çində ay təqviminə görə yeni ilin qeyd olunduğu 7 günlük Bahar Bayramı tətilində Covid-19-dan ölüm hallarının azaldığı bildirilib.

"Operativ Media" xəbər verir ki, Xəstəliklərin Qarşısının Alınması və Nəzarət Mərkəzinin (CDC) yaydığı açıqlamada, 20-26 yanvar tarixlərində xəstəxanalarda virus səbəbiylə 6 min 364 ölümün qeydə alındığı bildirilib.

Açıqlamada 289 xəstənin virus səbəbiylə tənəffüs çatışmazlığından, 6 min 75 xəstənin isə virusun ağırlaşdırdığı xroniki xəstəliklərlə bağlı ağırlaşmalardan dünyasını dəyişdiyi qeyd edilib.

12 min 658 ölümün bildirildiyi 13-19 yanvar həftəsi ilə müqayisədə ölənlərin sayı təxminən yarıya qədər azalıb.

Digər xəbərlər