25 Yanvar 2025, 14:17
Hikmət Mirzəyev Türkiyənin Silahlı Qüvvələrinin Baş qərargah rəisi ilə görüşüb
Hikmət Mirzəyev Türkiyənin Silahlı Qüvvələrinin Baş qərargah rəisi ilə görüşüb.
Hikmət Mirzəyev Türkiyənin Silahlı Qüvvələrinin Baş qərargah rəisi ilə görüşüb şəkil
Hikmət Mirzəyev Türkiyənin Silahlı Qüvvələrinin Baş qərargah rəisi ilə görüşüb

Türkiyədə səfərdə olan Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev bu ölkənin Silahlı Qüvvələrinin Baş qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb.

Müdafiə Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, ordu generalı Metin Gürak görüşdə Azərbaycan-Türkiyə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin hərbi əməkdaşlığımızın inkişafına göstərdiyi müsbət təsiri xüsusi qeyd edib, icra olunan birgə fəaliyyətlərin bundan sonra da genişləndiriləcəyinə əmin olduğunu bildirib.

Göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlıq bildirən müdafiə nazirinin müavini səfər çərçivəsində keçirdiyi görüşlərlə bağlı xoş təəssüratlarını çatdırıb.

Görüşdə tərəflər hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran mövzulara dair geniş fikir mübadiləsi aparıblar.

Son xəbərlər
Zelenski: Sülhün qorunması üçün 100 min sülhməramlıya ehtiyac var
Olaf Şolts: Tramp və Putinin birbaşa danışıqları doğru addımdır
Mark Rutte: Putinə ehtiyacımız var
ABŞ-nin aviadaşıyıcısı Aralıq dənizində gəmi ilə toqquşub
Pit Heqset: Tramp uğurlu danışıqlar aparır
İmişlidə qəza olub, xəsarət alan var
ABŞ və Yaponiya birgə təlimlər keçirəcək
Paşinyan Almaniyaya səfər edib