Toyota-nın akkumulyatorlu hibrid modeli Yeni C-HR dünyada ilk dəfə Türkiyədə istehsal olunacaq.
"Operativ Media" xəbər verir ki, Toyota tərəfindən edilən açıqlamaya görə, Toyota Avtomobil Sənayesi Türkiyə dünyada ilk dəfə Türkiyədəki fabrikində təkrar doldurulan C-HR istehsal edəcək və şirkətin Avropadakı fabrikləri arasında akkumulyator istehsal edən ilk fabrik olacaq.
Sakaryadakı fabrik daha bir ilkə ev sahibliyi edəcək və Toyota Avropa bölgəsində ilk akkumulyator istehsal xətti Sakaryada qurulacaq.
Yeni C-HR-nin Toyota-nın 2025-ci ilə qədər Avropada 1,5 milyon avtomobil satmaq hədəfinə əhəmiyyətli töhfə verəcəyi gözlənilir. Beləliklə, TMMT brendin Avropada elektrikləşdirmə transformasiyasında mühüm rol oynayacaq.






