Binəqədi STEAM Mərkəzi fəaliyyətə başlayır

Nərmin Qocamanlı
Binəqədi STEAM Mərkəzi fəaliyyətə başlayır
Mərkəz Binəqədi rayonu 335 nömrəli tam orta məktəbin nəzdində fəaliyyət göstərəcək.

Binəqədi rayonu 335 nömrəli tam orta məktəbin nəzdində STEAM Mərkəzi fəaliyyətə başlayır.

Operativ Media xəbər verir ki, bu barədə "STEAM Azərbaycan" məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə STEAM Mərkəzlərinin sayı artmaqda davam edir. Burada məqsəd məktəblilərin elm və texnologiya sahəsində biliklərini artırmaq, innovativ layihələrdə iştirakını təmin etmək, müxtəlif modullar üzrə təlimlərdə iştirak edərək praktiki bacarıqlar qazanmasına və yaradıcı tədqiqat bacarıqlarını inkişaf etdirməsinə dəstək olmaqdır.

Qeyd edək ki, “STEAM Azərbaycan” layihəsi 2019-cu ildə yaradılıb.

Layhiənin məqsədi təhsilalanlarda XXI əsr bacarıqlarını — tənqidi və yaradıcı düşüncə, əməkdaşlıq, effektiv ünsiyyət və problemlərin həllində innovativ yanaşma qabiliyyətlərini inkişaf etdirməkdir. Layihə praktiki və yaradıcı öyrənmə mühitinin qurulması vasitəsilə müxtəlif fənlərin inteqrativ yanaşma əsasında tədrisini təşviq edir. Təhsilalanlar real həyat problemlərinin həllinə yönəlmiş layihələr üzərində işləyərək nəzəri biliklərini praktikada tətbiq etməyi öyrənirlər.

Digər xəbərlər