Menyu

Su polisi qanunsuz balıq ovlayan şəxsi saxlayıb

Nərmin Qocamanlı
Su polisi qanunsuz balıq ovlayan şəxsi saxlayıb

 

Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

Bu barədə Operativ Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, Su Nəqliyyatında Polis İdarəsinin İmişli Xətt Polis Məntəqəsinin əməkdaşları ekologiyaya zərər vuran vasitələrdən istifadə edilməklə qanunsuz balıq ovu ilə məşğul olan B.Məhəmmədovu saxlayıb.

Həmin şəxsdən 154 ədəd müxtəlif növ balıq, eləcə də ov qurğuları aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər