02 Fevral 2025, 18:30
Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimi keçirilib
Məmmədov Zamin Allahverdi oğlu və Məmmədli Murad Teymurşah oğlunun xatirəsinə həsr olunan anım mərasimləri keçirilib.
Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimi keçirilib şəkil
Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimi keçirilib

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Məmmədov Zamin Allahverdi oğlu və Məmmədli Murad Teymurşah oğlunun xatirəsinə həsr olunan anım mərasimləri keçirilib.

Bu barədə Operativ Media-a Müdafiə Nazirliyindən bildirilib.

Nazirliyin nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları, kursant və döyüş yoldaşları, digər qonaqların iştirak etdiyi mərasimlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.
Çıxış edənlər şəhidlərimizin şərəfli həyat və döyüş yoluna nəzər salıb, orta məktəbdə və xüsusi təyinatlı təhsil müəssisələrində təhsil aldığı müddətdə hərb peşəsinə olan marağından, nizam-intizamından və məsuliyyətindən danışıblar.

Mərasimlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun ərazi bütövlüyümüzün bərpa olunmasında apardığı döyüş əməliyyatlarından, qazanılan tarixi qələbələrdən, bu şanlı qələbələrin qazanılmasında igid oğullarımızın göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar.

Sonra şəhidlərimizin həyat və faaliyyətinin müxtəlif anlarını əks etdirən fotolar və videosujetlər nümayiş etdirilib.

Şəhidlərimizin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Anım mərasimində şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər, vətənpərvərliyi və qəhrəmanlığı tərənnüm edən musiqilər səsləndirilib.

Son xəbərlər
Pit Heqset: Tramp uğurlu danışıqlar aparır
İmişlidə qəza olub, xəsarət alan var
ABŞ və Yaponiya birgə təlimlər keçirəcək
Paşinyan Almaniyaya səfər edib
Soçi hava limanı uçuşları dayandırıb
Robert Kennedi ABŞ-nin Səhiyyə və Sosial Xidmətlərinin yeni katibi seçilib
Ərdoğan: İslam dünyası Trampın planlarına icazə verməyəcək
İsrail Ordusu Qəzzaya zərbələr endirib