Menyu

Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb

Nərmin Qocamanlı
Hərbi vəzifəlilərin növbəti təlim toplanışı başlayıb

Cari ilin hazırlıq planına əsasən, ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlinin cəlb edildiyi növbəti təlim toplanışı başlayıb.

Müdafiə Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, hərbi vəzifəlilər toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunublar.

Təlim toplanışının əsas məqsədi hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması, o cümlədən praktiki vərdişlərinin təkmilləşdirilməsidir.

Teqlər:

"H\u0259rbi v\u0259zif\u0259lil\u0259rin n\u00f6vb\u0259ti t\u0259lim toplan\u0131\u015f\u0131 ba\u015flay\u0131b"

Əlaqəli Xəbərlər