Ana səhifə / Slayder / Növbəti iki gündə güclü külək əsəcək - SARI XƏBƏRDARLIQ Növbəti iki gündə güclü külək əsəcək - SARI XƏBƏRDARLIQ 04.02.2025, 12:15 Nərmin Qocamanlı Bakıda və Abşeron yarımadasında və bəzi bölgələrdə fevralın 5-6-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Bu barədə Operativ Media-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Zəngilan, Şabran, Siyəzən, Xızı, Qusar, Qax, Şəki, Tovuz, Şəmkir, Ağstafa, Gəncə, Göygöl, Samux, Daşkəsən, Goranboy, Naftalan, Mingəçevir, Yevlax, Tərtər, Qobustan, Hacıqabul, Salyan, Neftçala, Lerik, Astara, Yardımlıda şimal-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Teqlər: "N\u00f6vb\u0259ti iki g\u00fcnd\u0259 g\u00fccl\u00fc k\u00fcl\u0259k \u0259s\u0259c\u0259k - SARI X\u018fB\u018fRDARLIQ"
13.01.2026, 13:54 İlham Əliyev Ağdərə rayonunda “Qozlukörpü” Su Elektrik Stansiyasının açılışında iştirak edib