Menyu

Temperatur 5-8° aşağı enəcək - XƏBƏRDARLIQ

Nərmin Qocamanlı
Temperatur 5-8° aşağı enəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim, yağmursuz hava şəraitindən sonra fevralın 5-i axşam şərq rayonlarından başlayaraq 8-dək havanın dəyişəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Operativ Media-ya verilən xəbərə görə, ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensivləşəcəyi ehtimal olunur.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcək.

Gözlənilən hava şəraiti ilə əlaqədar olaraq fevralın 6-8-də gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Teqlər:

"Temperatur 5-8\u00b0 a\u015fa\u011f\u0131 en\u0259c\u0259k - X\u018fB\u018fRDARLIQ"

Əlaqəli Xəbərlər