Ötən ay Nəsimi rayonunda 20 sürücü saxlanılıb, 5-i barəsində inzibati həbs qərarı çıxarılıb
Redaksiya
Nəsimi rayonunda narkotik vasitə və spirtli içkinin təsiri altında nəqliyyat vasitəsi idarə edən 20 sürücü saxlanılıb
DYP-dən Operativ Media-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ötən ay həyata keçirilən profilaktik tədbirlər zamanı yol hərəkəti qaydalarını kobud şəkildə pozan, narkotik vasitə, psixotrop maddə və spirtli içkinin təsiri altında avtomobil idarə edən, eyni zamanda yol polisinə tabesizlik göstərən 20 sürücü aşkar edilib.
Həmin sürücülər barəsində toplanılmış materiallar məhkəməyə göndərilib, onlardan beşi inzibati qaydada həbs edilib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma