04 Fevral 2025, 15:41
Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib - VİDEO
Yeni tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrdə sıra baxışları keçirilib.
Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib - VİDEO şəkil
Azərbaycan Ordusunda yeni tədris dövrü ilə bağlı tədbirlər keçirilib - VİDEO

2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunda yeni tədris dövrünün başlanması ilə əlaqədar tədbirlər keçirilib. 

Müdafiə Nazirliyindən Operativ Media-ya verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi Orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, döyüş bayrağı sıra meydanına gətirilib.

Tədbirlərdə Müdafiə Nazirliyi rəhbərliyinin qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması, yeni tədris üsul və metodlarının seçilməsi ilə bağlı əmr və tələbləri, eləcə də digər məsələlər şəxsi heyətin diqqətinə çatdırılıb. Müasir taktiki üsulların işlənilməsi, döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə yeni tədris dövründə keçirilən təlim və məşqlərin keyfiyyətinin, həmçinin intensivliyinin artırılmasının vacibliyi qeyd edilib.

Sonra şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.

Sonda yeni tədris dövrünün başlanması ilə əlaqədar hərbi hissələrdə sıra baxışları keçirilib, maddi-tədris bazaları, təlim şəhərcikləri, döyüş texnikası və silahlar, şəxsi heyətin təchizatı, eləcə də rəhbəredici və digər normativ sənədlərin tələblərinin icrası, tədris vəsaitlərinin mövcudluğu və tətbiqi yoxlanılıb.

Son xəbərlər
ABŞ-da güclü tufan çətinliklər yaradıb
İranda zəlzələ baş verib
Aİ Ukraynaya yeni hərbi yardım paketi ayıracaq
İranda zəlzələ baş verib
Xaçmazda avtomobil ağaca çırpılıb, ölən var
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib
Fələstin prezidenti Makronla telefon danışığı aparıb
Göyçayda mənzildə meyit aşkarlanıb - YENİLƏNİB