30 Yanvar 2023, 20:30
Minatəmizləmə sahəsində Macarıstanın təcrübəsini nəzərə alaraq əməkdaşlıq üçün yaxşı imkanlar görürük
Minatəmizləmə sahəsində Macarıstanın təcrübəsini nəzərə alaraq əməkdaşlıq üçün yaxşı imkanlar görürük şəkil
Minatəmizləmə sahəsində Macarıstanın təcrübəsini nəzərə alaraq əməkdaşlıq üçün yaxşı imkanlar görürük

Bu gün 200 Azərbaycan gənci Macarıstan hökumətinin dəstəyi ilə alınmış tələbə təqaüdləri ilə Macarıstanda oxuyur. Bu, Azərbaycanda kadr potensialının yaradılması istiqamətində çox önəmli hadisədir, eyni zamanda, dostluğumuzu da böyük dərəcədə gücləndirəcək.

"Operativ Media" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Budapeştdə Macarıstanın Baş naziri Viktor Orban ilə birgə mətbuata bəyanatında deyib.

Əməkdaşlıq üçün digər vacib sahənin minatəmizləmə olduğunu qeyd edən dövlətimizin başçısı bildirib ki, Azərbaycan İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində bu sahədə böyük problemlərlə üzləşib. “Bir milyondan çox mina təmizlənməlidir. Müharibədən sonra iki il ərzində 300-ə yaxın Azərbaycan vətəndaşı ya həlak olub, ya da ki, ağır yaralanıb. Ona görə bu sahədə Macarıstanın təcrübəsini nəzərə alaraq biz əməkdaşlıq üçün yaxşı imkanlar görürük”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Son xəbərlər
Ağ Ev: Çinə birtərəfli tarif endirimi olmayacaq
Kreml: Zelenskinin istefasını tələb etmirik
Lökbatanda baş verən yol qəzası 2 nəfərin ölümünə səbəb olub
Peskov: Rusiya heç kimə hücum etmək niyyətində deyil
İranın nüvə ehtiyatları AEBA-nın daimi nəzarətindədir
Rusiya və BMT Livandakı gərginliyin azaldılması və humanitar yardım məsələlərini müzakirə edib
Sahibə Qafarova TBMM sədri Numan Kurtulmuşla telefon danışığı aparıb
Zəlzələdən sonra afterşoklar qeydə alınır