Menyu

Gəncə sakinininə hədə-qorxu gələrək 100 000 dollar tələb edən şəxslər tutulub

Nərmin Qocamanlı
Gəncə sakinininə hədə-qorxu gələrək 100 000 dollar tələb edən şəxslər tutulub
1 dəq oxu

Hədə-qorxu gələrək pul tələb edənləri polis saxlayıb.

Operativ Media xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 31 yaşlı Gəncə şəhər sakini iki nəfərin ona hədə-qorxu gələrək 100 000 dollar tələb etməsi barədə polisə müraciət edib.

Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə hədə-qorxu ilə tələb etmədə şübhəli bilinən 47 yaşlı H.Həsənov və 42 yaşlı A.Balayev müəyyən olunaraq saxlanılıblar.

Araşdırmalarla H.Həsənovun üzərinə keçirilən baxış zamanı ondan tramadol həbi və marixuana aşkar olunaraq götürülüb.

Əlaqəli Xəbərlər