FHN: "Əhmədli" metrostansiyasının yaxınlığında şübhəli əşya aşkar edilib, daha sonra məktəb ləvazimatlarının olduğu müəyyən olub
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, "Əhmədli" metrostansiyasının yaxınlığında şübhəli əşya aşkar edilməsi barədə məlumat daxil olub.
Operativ Media xəbəd verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu xüsusi təlim görmüş itlə hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra avtobus dayanacağında aşkar edilmiş şübhə doğuran məktəbli çantasına xüsusi təlim görmüş itin tətbiqi ilə keçirilmiş baxış zamanı çantanın içərisində məktəb ləvazimatlarının olduğu müəyyən edilib.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma